Maya Sandu “X” sosial şəbəkəsində yazıb ki, söhbət zamanı o, gürcü xalqı ilə həmrəy olduğunu bildirib və onların demokratiyanı və Avropa yolunu qorumaq cəsarətinə heyran qaldığını vurğulayıb.
“Mən bu yaxınlarda Salome Zurabişvili ilə danışdım. Moldova xalqının gürcü xalqı ilə həmrəy olduğunu və onların demokratiya və Avropa yolunu müdafiə etməkdə göstərdikləri cəsarətə görə şəxsi heyranlığımı bildirdim. Moldovalılar və gürcülər Avropa İttifaqında dinc və firavan bir gələcək üçün çalışırlar”, – deyə Maya Sandu yazıb.


