NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan hakimiyyətini alyansa qoşulmaq üçün islahatları sürətləndirməyə çağırıb.
Regionpress.ge məlumat verir ki, Kolomina sosial şəbəkədə dərc etdiyi bəyanatda NATO-nun Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiqləyib:
“NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Gürcüstanla uzunmüddətli tərəfdaşlığa sadiqdir və hökumətini demokratik institutları gücləndirmək və gürcü xalqının Avro-Atlantik istəklərini təşviq etmək üçün islahatları sürətləndirməyə çağırır”.


