Şimali Atlantika Alyansının bəyannaməsi NATO-nun Vaşinqton Sammiti çərçivəsində dərc edilib və orada Gürcüstanın yalnız bir bölmədə, ölkənin adı isə bir dəfə qeyd olunub.
“Biz heç vaxt Rusiyanın Krımı da daxil olmaqla Ukrayna ərazisini bu yaxınlarda ilhaq etməsini tanımayacağıq. Biz həmçinin Rusiyanı bütün icazəsiz qüvvələrini Moldova Respublikası və Gürcüstandan çıxarmağa çağırırıq”, – bəyannamədə yazılıb.
Ötən il Brüssel sammitində qəbul edilən bəyannamədə Gürcüstana bütöv bir paraqraf ayrılıb və tam dəstək ifadə olunub. Bununla belə, onu da qeyd etmək lazımdır ki, məsələn, 2022-ci il Madrid sammitinin bəyannaməsində Gürcüstanın adı cəmi iki dəfə çəkilib.
Qeyd edək ki, Vaşinqton sammitinin bəyannaməsində Balkan bölgəsindən bəhs edilərkən Qara dənizin NATO üçün də böyük strateji əhəmiyyətə malik olduğu bildirilir.


