“Gürcü arzusu” fraksiyası parlamentin spikeri vəzifəsinə Şalva Papuaşvilinin namizədliyini təqdim edəcək. – Bu barədə “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze məlumat verib.
Regionpress.ge xəbər verir ki, Mdinaradzenin sözlərinə görə, Siyasi Şuranın bugünkü iclasında büdcə məsələləri müzakirə olunub. Həmçinin Mdinaradzenin dediyi kimi, yaxın günlərdə prezident seçkilərinin tarixi də qeyd olunacaq.
“Həmçinin büdcə məsələlərindən də keçdik. Bilirsiniz ki, bizim bu istiqamətdə iddialı planlarımız var və siz də bilirsiniz ki, prezident seçkiləri parlamentin birinci iclasından sonra təyin olunmalıdır. Bunun üçün konkret müddət müəyyən edilib və yaxın bir neçə gündə Gürcüstan parlamentində ilk sessiyanın keçiriləcəyi bu tarixi müəyyən edəcəyik”. Mamuka Mdinaradze bildirib.
Bundan əlavə, Mdinaradzenin sözlərinə görə, İrakli Kobaxidze hələ də baş nazirliyə namizəd olacaq.


