9.6 C
Bolnisi
10.8 C
Rustavi
10.4 C
Marneuli
11.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasət"Qeyri-hökumət təşkilatları adlarını saxlasalar da, siyasi partiyalara çevriliblər" - Kaladze

“Qeyri-hökumət təşkilatları adlarını saxlasalar da, siyasi partiyalara çevriliblər” – Kaladze

QHT “Franklin Klubu”nun təsisçilərindən biri olan Aleksandre Zibzibadzenin müxalifət və vətəndaş cəmiyyətinin tərəfdaşlığı ilə bağlı bəyanatına Tbilisi meri, “Gürcü Arzusu” partiyasının Baş katibi Kaxa Kaladze sərt reaksiya verib.

O, jurnalistlərə açıqlamasında deyib ki, Qeyri-hökumət təşkilatları siyasi partiyalara çevriliblər, lakin adlarını qeyri-hökumət təşkilatı kimi saxlayıblar.

“Bu, bizim uzun müddətdir danışdığımız məsələlərin etirafı və təsdiqidir, məhz buna görə şəffaflıq qanununun qəbul edilməsi vacib idi. Qeyri-hökumət təşkilatları siyasi partiyalara çevriliblər, lakin adlarını qeyri-hökumət təşkilatı kimi saxlayıblar. Onlar xaricdən maliyyələşirlər, buna görə də bu prosesin şəffaf olması lazım olduğunu söyləyirdik. İnkişaf etmiş ölkədə qeyri-hökumət adlanan bir təşkilatın çıxıb siyasi proseslərə qarışmasını necə təsəvvür edirsiniz? Franklin Klubu və müxtəlif ekstremist təşkilatlar haradan maliyyələşir, kim maliyyələşdirir bunları?! Sizi səhv salmamaq üçün araşdırın və haradan maliyyələşdiyini təsdiq edin. Buna görə də şəffaflıq qanununun qəbul edilməsi vacib idi, buna görə də bizim guya dostlarımız buna qarşı çıxırdılar, çünki bu çirkinliyi açıq şəkildə maliyyələşdirə bilmirdilər. Bizə deyəndə ki, qeyri-hökumət sektorunu müxtəlif məqsədlər üçün maliyyələşdirirlər, məsələn, bizə deyəndə ki, ağır xəstəlikdən əziyyət çəkən uşaqların valideynləri üçün təlimlər keçirilməlidir, əslində onlar inqilabdan danışırdılar. Bu narahatlıqların qarşısını almaq üçün şəffaflıq qanununun qəbul edilməsi vacib idi”, – deyə Kaxa Kaladze qeyd edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments