15.6 C
Bolnisi
17.8 C
Rustavi
17.4 C
Marneuli
18.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətRusiya-Gürcüstan Cenevrə beynəlxalq danışıqlarının62-ci raundu noyabrın 5-6-na planlaşdırılıb

Rusiya-Gürcüstan Cenevrə beynəlxalq danışıqlarının62-ci raundu noyabrın 5-6-na planlaşdırılıb

Rəsmi Tbilisi Gürcüstan-Rusiya arasındakı Cenevrə beynəlxalq danışıqlarının 62-ci raunduna ciddi hazırlaşır.
regionpress.ge xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyində Avropa İttifaqı, BMT və ATƏT-dən olan həmsədrlərin iştirakı ilə toplantı keçirilib.
Gürcüstan xarici işlər nazirinin birinci müavini və Cenevrədəki beynəlxalq danışıqlarda Gürcüstan nümayəndə heyətinin rəhbəri Laşa Darsaliya danışqların mövzusu barədə məlumat verib.
Görüşdə Cenevrə beynəlxalq danışıqlarının səmərəli fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, Qalidə Hadisələrin Qarşısının Alınması və Müdaxilə Mexanizminin (IPRM) heç bir ilkin şərt qoyulmadan bərpa edilməsinin və əsas prinsiplərə uyğun olaraq bu mexanizmin Qali və Erqnetidə mütəmadi iclaslarının keçirilməsinin vacibliyi qeyd edilib.
Cenevrə beynəlxalq danışıqlarının 62-ci raundu noyabrın 5-6-na planlaşdırılıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments