8.1 C
Bolnisi
7.8 C
Rustavi
7.4 C
Marneuli
8.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətRusiyanın Kəşfiyyat Rəhbərindən Gürcüstanla Bağlı Səs-küylü AÇIQLAMA

Rusiyanın Kəşfiyyat Rəhbərindən Gürcüstanla Bağlı Səs-küylü AÇIQLAMA

“ABŞ qarşıdan gələn parlament seçkilərindən istifadə edərək Gürcüstanın daxili işlərinə qarışmaq üçün kobud və həyasız cəhdlər edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Bakıda səfərdə olarkən bildirib. Onun sözlərinə görə, Qərb ölkələri bloku Cənubi Qafqaz ölkələrində vəziyyəti pozmağa çalışmaqdan əl çəkmir.

“Xüsusilə, SVR-a məlumat daxil olub ki, ABŞ Dövlət Departamentinin tələbi ilə ATƏT/DTİHB artıq əvvəlcədən aralıq hesabat hazırlayıb və orada Gürcüstanda guya ədalətli və açıq seçkilər üçün heç bir şəraitin olmadığı tezisi yer alıb, hansı ki, bu, həqiqətə uyğun deyil”, – SVR rəhbəri qeyd edib.

Narışkin qeyd edib ki, Dövlət Departamenti və ATƏT-in monitorinq strukturlarının bu addımları Gürcüstanın daxili işlərinə kobud və açıq müdaxilə cəhdidir.

“Qərb sağlam, milli yönümlü qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almağa çalışacaq. Lakin mən əminəm ki, Gürcüstan xalqı düzgün və dəqiq seçim edəcək”, – Narışkin əlavə edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments