Gürcüstanda böyük etnik təmizləmə hazırlanır. Daha bir milyon insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Çox vaxtımız yoxdur. Təbii ki, bizə də səbir lazımdır, amma səbirdən daha çox bizə artıq de-fakto qurulmuş diktaturaya qarşı aqressiv müqavimət lazımdır.
Regionpress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvili müxalifətin bu gün Rustaveli prospektində oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq keçirdiyi mitinqə münasibət bildirib.
“Bugünkü mitinqdə insanların sayı vacibdir, amma həlledici deyil. Hərəkətlərin davamlılığı, müqavimət dərəcəsi və təşkilatçıların prinsipləri daha önəmlidir.
Oktyabrın 26-da keçirilən seçkilərdə ölkə daxilində və xaricdə iştirak edən icma özünütəşkilat möcüzələrini göstərərək sınaqdan tam keçdi. İndi insanlar çox qəzəblidirlər, bu qəzəbin güclü etiraz hərəkatına çevrilib-böyüməyəcəyi siyasi spektrin və vətəndaş sektorunun liderliyindən və ahəngdarlığından asılıdır.
Dünyada Gürcüstanı izləyən hər kəs bir tərəfdən seçkiləri oğurlamaq cəsarətinə təəccüblənir, digər tərəfdən gürcü xalqının müqavimət göstərmək qabiliyyətinin olub-olmamasını gözləyir. Bizim dəstəyimiz bundan asılıdır.
Bütövlükdə, gələcəyimiz tamamilə öz əlimizdədir.
Hamımız dərk etməliyik ki, nəinki seçkilər oğurlanıb, həm də indi gürcülərin “yeni reallığa” uyğunlaşmasını səbirsizliklə gözləyən və sonra nəhayət ki, qalan azadlıqlara son qoymaq və kütləvi repressiyalar həyata keçirmək niyyətində olan Gürcüstanda diktatura qurulub . Gürcüstanda da böyük etnik təmizləmə hazırlanır. Daha bir milyon insan ölkəni tərk etmək məcburiyyətində qalıb.
Çox vaxtımız yoxdur. Təbii ki, bizə də səbir lazımdır, amma səbirdən çox, artıq faktiki olaraq qurulmuş diktaturaya qarşı aqressiv müqavimət lazımdır.
Biz bacardığımız qədər mübarizə aparmalıyıq!”, – Mixail Saakaşvili Facebook-da yazıb.


