11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeSiyasətŞalva Papuaşvili Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Şalva Papuaşvili Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Parlamentin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb .

Regionpress.ge bildirir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Xarici işlər naziri gürcü tərəfini Avropa çempionatında qrup mərhələsinin üçüncü oyununda qazandığı qələbə münasibətilə təbrik edib və Gürcüstanın Azərbaycanda çoxlu tərəfdarlarının olduğunu qeyd edib.

Məlumata görə, tərəflər Gürcüstan və Azərbaycan arasında möhkəm dostluq əlaqələrini vurğulayaraq, iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişafına hazır olduqlarını təsdiq ediblər.

“Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə ediblər. Həmçinin, enerji resurslarının nəqli üçün sürətli və etibarlı marşrut kimi Orta Dəhlizin artan əhəmiyyətinə diqqət çəkilib. Görüşdə nəqliyyat və enerji layihələrindən danışılıb. Qara dəniz sualtı kabel layihəsi diqqətə çatdırılıb.

Görüşdə regional sülhün vacibliyi qeyd edilib. Söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı davam edən danışıqlara toxunulub. Şalva Papuaşvilinin sözlərinə görə , Gürcüstan regional sabitliyi və sülhü, o cümlədən parlament diplomatiyası çərçivəsində dəstəkləməyə həmişə hazırdır.

İclasda parlament sədrinin müavini Arçil Talakvadze , parlamentin deputatları Nikoloz Samxaradze , Mariam Laşxi, Savalan Mirzoyev, Zaur Darqali və Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze iştirak ediblər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments