6.6 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətŞalva Papuaşvili: "Yeni layiqli prezident seçməliyik"

Şalva Papuaşvili: “Yeni layiqli prezident seçməliyik”

Onun bu vəzifədə qalacağı müddət getdikcə qısalır. Hesab edirəm ki, biz bu məsələni sakitcə sona çatdırmalı və layiqli yeni prezident seçməliyik.

Regionpress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, jurnalistin Salome Zurabişvilinin gürcü diplomatlarına ünvanladığı yazı ilə bağlı sualına cavab verərkən bildirib.

“Xanım Salomenin diplomatik korpusa münasibəti çoxdan məlumdur. Xarici İşlər Naziri olduğu dövrdə onun nazir kimi fəaliyyətini, Xarici İşlər Nazirliyində həyata keçirdiyi favoritizm və digər bu kimi zərərli prosesləri soruşun. O, uzun müddətdir ki, konstitusiyanı pozaraq səfir təyin etməkdən imtina edir. Xanım Salome bu vəzifədə qalmağa son qoyacaq və təəssüf ki, onun üçün əlverişli olmayan Gürcüstan tarixinə təslim olacaq,” – deyə Papuaşvili qeyd edib.

Prezident Salome Zurabişvili səfirləri Diplomat günü münasibətilə təbrik etməyib. Sosial şəbəkədə dərc etdiyi paylaşımda o, “Bu gün Diplomat Gününü qeyd etmək utancvericidir, çünki diplomatların əksəriyyəti Rusiyaya qarşı atılan addımları susqunluqla qarşılayır və etiraz etmir” deyə izah edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments