15.6 C
Bolnisi
17.8 C
Rustavi
17.4 C
Marneuli
18.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətSeçkilərdə bütün saxtalaşdırma mexanizmlərindən istifadə edilib - Salome Zurabişvili

Seçkilərdə bütün saxtalaşdırma mexanizmlərindən istifadə edilib – Salome Zurabişvili

Gürcüstan prezidenti bildirir ki, bütün dünya seçkilərin tamamilə saxtalaşdırıldığını eşitsin. Salome Zurabişvili bir gündə 18 beynəlxalq mediaya müsahibə verib.

“Saxtakarlıqla bağlı sübutlar toplanır və qiymətləndirilir. Hazırda bunun sistemli olduğunu sübut etmək üçün bu proses aparılır”.

Regionpress.ge xəbər verir ki, bu sözləri Salome Zurabişvili CNN-ə müsahibəsində deyib.

“Gürcüstan əhalisinin 70%-nin Gürcüstanın Avrointeqrasiyasını davam etdirmək istəyinə baxmayaraq, seçkilərin nəticələri birdən-birə tərsinə çevrildi. Bu seçkilərdə bütün üsullardan istifadə edilib. Xüsusilə elektron səsvermə ilə bağlı müxtəlif saxtakarlıq üsulları və bütün saxtakarlıq mexanizmləri ortaya çıxıb. Məlumatlara görə, vətəndaşlardan alınmış şəxsiyyət vəsiqələrindən 7, 10, hətta 17 dəfə istifadə edilib.

Bütün bu sübutlar indi toplanır və qiymətləndirilir. Bu proses hazırda sistemli olduğunu sübut etmək məqsədilə aparılır. Bugünkü görüş nümayiş xarakteri daşıyır və çox təsirlidir. Bu insanlar dinc şəkildə öz istəkləri ilə çıxıblar. Siyasi partiyalar, toplanan sübutlara beynəlxalq araşdırma çağırışı edirlər. Amerika və Avropa dövlətlərinin də beynəlxalq təhqiqat tələbi ilə təzyiqləri artacaq. Bu, hökuməti seçkilərin nəticələrinə yenidən baxmağa və yenidən hesablamağa məcbur edəcək. Əgər bu, vaxtında baş verməsə, tələb yeni seçkilər istiqamətində dəyişə bilər; lakin bu, siyasi partiyalardan və, təbii ki, xalqdan asılıdır,” – Salome Zurabişvili qeyd edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments