15.6 C
Bolnisi
17.8 C
Rustavi
17.4 C
Marneuli
18.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətSergey Lavrovdan AÇIQLAMA

Sergey Lavrovdan AÇIQLAMA

“Rusiya tərəfi Gürcüstan hakimiyyətinin nümayəndələri ilə əlaqələrin genişləndirilməsi üzrə mümkün təklifləri nəzərdən keçirməyə hazırdır”.

Regionpress.ge “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bizim indi diplomatik münasibətlərimiz yoxdur, çünki Gürcüstanın əvvəlki rəhbərliyi diplomatik əlaqələri dayandırıb, lakin bizim və Gürcüstan tərəfinin bir-birimizin ərazilərində maraqların qorunması məqsədilə İsveçrə səfirliyində nümayəndəliklərimiz mövcuddur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Rusiya diplomatları, əlbəttə ki, yaranan məsələləri Gürcüstan hakimiyyətinin nümayəndələri ilə müzakirə edəcəklər.

“Əgər əlaqələrlə bağlı gürcüstanlı qonşularımız tərəfindən əlavə təkliflər olarsa, biz onları mütləq nəzərdən keçirəcəyik, biz heç vaxt əlaqələrdən qaçmamışıq”, – Sergey Lavrov deyib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments