8.1 C
Bolnisi
7.8 C
Rustavi
7.4 C
Marneuli
8.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətSorğunun nəticələri açıqlandı

Sorğunun nəticələri açıqlandı

Beynəlxalq araşdırma təşkilatı “Edison Research” 26 oktyabr tarixində keçiriləcək parlament seçkiləri ilə əlaqədar vətəndaşlar arasında sorğu keçirib. Sorğuda iştirak edənlərə “Bu gün parlament seçkiləri keçirilərsə, kimə səs verərdiniz?” sualı verilib. Nəticələrə əsasən, hakim partiya 32% səs toplayaraq liderdir.

Sorğunun nəticələrinə görə, partiyaların reytinqləri belədir:

1. “Gürcü arzusu – Demokratik Gürcüstan” – 32%;

2. Birlik: “Milli Hərəkat, Quruculuq Strategiyası, Avropa Gürcüstanı” – 20%;

3. “Dəyişiklik naminə koalisiya – Qvaramia, Melia, Qirçi, Droa” – 11,9%;

4. “Qaxaria – Gürcüstan üçün” – 11,9%;

5. Güclü Gürcüstan: “Lelo”, “Vətəndaşlar üçün Aleko Elisaşvili”, “Azadlıq Meydanı” – 9,9%;

6. “Leyborist Partiyası” – 5%;

7. Girçi (İago Xviçia) – 4,7%;

8. “Vətənpərvərlər Alyansı” / “Alt Info” – 3,6%;

9. Biz – “Davit Katsarava” – 0,7%;

10. Digər partiyalar – 0,3%.

Sorğunun nəticələrinə görə, əhalinin 80%-i seçkilərdə iştirak edəcəyini bildirib. Araşdırma “Formula” televiziyasının sifarişi əsasında aparılıb və Gürcüstanda 18 yaşdan yuxarı səsvermə hüququna malik 1200 nəfərlə üzbəüz müsahibə yolu ilə keçirilib. Sorğunun yanılma ehtimalı +/- 2,5%-dir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments