18 C
Bolnisi
20.8 C
Rustavi
20.4 C
Marneuli
21.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeSiyasətVado Şakarişvili: “Biz seçkilərdə yalnız müxalifətə deyil Gürcüstanda ikinci cəbhə açmaq istəyən...

Vado Şakarişvili: “Biz seçkilərdə yalnız müxalifətə deyil Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə qalib gəldik”

“Parlament seçkilərində qalib gəlmək gürcü xalqının böyük əksəriyyətinin son 2 ildə, yəni, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Gürcüstana qarşı olan böyük ədalətsizliyə tutarlı cavabı idi. Kənar qüvvələrin ölkənin daxili işlərinə qarışmasına, şantajına, hədə-qorxusuna, medialara, agent şəbəkələrinə yatırılan pullara və s. baxmayaraq gürcü xalqı öz layiqli mövqeyini göstərdi. Biz yalnız müxalifətə deyil Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə qarşı gəldik”.
Regionpress.ge verdiyi məlumata əsasən ,bu sözləri gürcü ekspert “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vado Şakarişvili söyləyib.
Onun sözlərinə görə, seçkilərdə Gürcüstanın ayrılmaz tərkib hissəsi olan, bu dövlətin möhkəmlənməsində, inkişafında böyük xidmətləri olan azərbaycanlılar da mühüm rol oynayıblar: “Seçkilərdə göstərdikləri qətiyyətə, Gürcüstan dövlətinin gələcəyinə, sülhə səs verən azərbaycanlılara təşəkkürümü bildirirəm. Gürcülərdən heç də geri qalmayan, ölkədə yaşayan bəzi Gürcüstan vətəndaşlarından fərqli olaraq azərbaycanlılar sülhün, sabitliyin tərəfdarlarlar. “Əsrlərdir qardaşlıq və dostluq əlaqələrini qoruyub saxlamağı bacaran Gürcüstanın və Azərbaycanın yalnız bir məqsədi var o da regionda sülhün, stabilliyin bərqərar olmasıdır. İki ölkə böyük layihələr həyata keçirməklə Cənubi Qafqaz dünyada öz mühüm yerini qoruyub saxlayacaq” – deyə, ekspert vurğulayıb.
O deyib ki, seçkilərdə məğlub olmuş müxalifətin artıq heç bir perspektivi yoxdur. Heç kim gürcü xalqının seçiminə qarşı bilməz. 1 milyon 120 min vətəndaş öz seçimini etdi və heç kimə onların seçiminə qarşı çıxmağa imkan vermədi.
Onun sözlərinə görə, demokratiyanın əsas prinsiplərindən biri elə idarəetmənin və qərar qəbuletmənin əksəriyyətin qərarı ilə baş tutmasıdır. Avropada olan bir təcrübəni götürsək görərik ki, 25-26 faizlə qalib gələn qüvvələr dövləti idarə edirlər. Gürcüstanda dünən keçirilən seçkilər dinc, ədalətli, azad seçkilər idi və vətəndaşlar da öz azad seçimlərini etdilər.
“Gürcüstan dövləti regionda və dünyada sülhün tərəfdarıdır. Ölkədə və regionda sülhün bərqərar olması, regionun çiçəklənməsi üçün Azərbaycan və digər sülhsevər dövlətlərlə əməkdaşlıq edəcək. Bizi bu yoldan heç kim döndərə bilməyəcək” – deyə, Şakarişvili vurğulayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments