“Son bir neçə ay ərzində Gürcüstan hakimiyyəti son dərəcə narahatlıq doğuran addımlar atdı. Onlardan biri dezinformasiya və Qərbə qarşı mənfi ritorikadır, digər bir misal isə xarici agentlər qanunudur ki, bu qanunun Gürcüstan xalqının bəyan edilmiş məqsədlərinə zidd olduğuna inanırıq. Daha bir addım isə dinc etirazçılara, vətəndaş cəmiyyəti nümayəndələrinə və müxalifət partiyalarının üzvlərinə qarşı zorakılıq və hədə-qorxu hallarıdır”.
Bunları ABŞ-ın Gürcüstandaki fövqaladə və səlahiyyətli Robin Duniqan “İnterpressnews”a müsahibəsində deyib.
Diplomat qeyd edib ki, Amerikanın Gürcüstan rəsmilərinə tətbiq etdiyi viza məhdudiyyətləri artıq qüvvədədir.
“Bütün bu addımlar bizi indi olduğumuz təəssüfləndirici vəziyyətə gətirib çıxardı – Amerika Birləşmiş Ştatları viza məhdudiyyətləri tətbiq etdi. Yenidən vurğulamaq istəyirəm ki, Amerika Birləşmiş Ştatlarında heç kim bunu etmək istəmirdi. Biz Gürcüstan hakimiyyəti ilə pozitiv tərəfdaşlığa qayıtmaq istəyirik, lakin son hərəkətlər dövlət katibinin demokratiyanı sarsıdan, dezinformasiya yayan və vətəndaşlara qarşı zorakılıq edən şəxslərə və onların ailə üzvlərinə ABŞ-a girişin məhdudlaşdırılması barədə qərar qəbul etməsinə səbəb oldu. Məhdudiyyətlərin ilk mərhələsi artıq həyata keçirilib və vizası olan şəxslərə viza etibarlılığının ləğv edildiyi, vizası olmayanlara isə viza verilməyəcəyi bildirilib” , – səfir əlavə edib.


