15.5 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeHüquq“Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında memorandum imzalanıb

“Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında memorandum imzalanıb

Gürcüstanda fəaliyyət göstərən “Qanun” Hüquqi Yardım Mərkəzi (HYM) Marneuli rayonunda yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstərəcək. Pulsuz hüquqi yardım Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında imzalanmış əməkdaşlığa dair memoranduma uyğun olaraq həyata keçiriləcək.

Memorandumu “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov və “Qanun” Hüquqi Yardım Mərkəzinin baş direktoru, vəkil Əli Bədirov imzalayıblar.

Sənədə əsasən, “Qanun” Hüquqi Yardım Mərkəzinin hüquqşünasları bir il ərzində “Azərbaycan Evi”ndə vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardım göstərəcəklər. Gürcüstanda yaşayan soydaşlarımız hüquqi problemlərinin təsnifatı barədə məlumatlandırılacaq, onlara dövlət orqanlarına ərizə və şikayətlərin yazılması qaydaları izah ediləcək, müəyyən istiqamətlər üzrə məsləhətlər veriləcək. Soydaşlarımıza zəruri hallarda məhkəmə iddialarının qaldırılması və iddialara cavabların yazılması istiqamətində də  hüquqi xidmətlərin göstərilməsi nəzərdə tutulur. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments