11.1 C
Bolnisi
12.8 C
Rustavi
12.4 C
Marneuli
13.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeAna Səhifə"Belə davam edərsə, Aİ-nin qapısı Gürcüstan üçün açıq olmayacaq" - Borell

“Belə davam edərsə, Aİ-nin qapısı Gürcüstan üçün açıq olmayacaq” – Borell

Bu gün Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasında Gürcüstandakı vəziyyət müzakirə olunacaq.

Bunu iclasdan əvvəl jurnalistlərə açıqlamasında Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

“Avropa İttifaqı Gürcüstan hakimiyyətinin indiki siyasi kursunu davam etdirəcəyi təqdirdə bu ölkəyə qapını bağlayacaq”, – deyən Borell qeyd edib:

  • “Bir məsələ aydındır ki, Gürcüstanın üzvlüyü üçün Aİ-nin qapısı açıqdır, ancaq Gürcüstan hökuməti eyni yolla getməyə davam edir, addımlarını davam etdirirlər. Belə halda qapı bağlanacaq. Bunun bədəlini Gürcüstan xalqı ödəyəcək. Hətta Avropa perspektivi ləğv oluna bilər. Biz burada ciddi məsələlərdən danışırıq. Əgər bu belə davam edərsə, Aİ-nin qapısı Gürcüstan üçün açıq olmayacaq”.

Cozep Borrell əlavə edib ki, bugünkü iclasda XİN rəhbərləri Gürcüstanla bağlı qısa və orta müddətdə atılacaq addımları müzakirə edəcəklər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments