Bu gün gecə saatlarında Bolnisi rayonunun Savaneti (İmirhəsən) kəndində intihar hadisəsi baş verib.
Regionpress.ge xəbər verir ki, kənd sakini olan 19 yaşlı R.İ özünü yaşadığı evin həyətində asaraq həyatına son qoyub.Kənd sakinlərinin sözlərinə görə, mərhumun bu addımı hansı səbəbdən atdığı hələlik məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır və nəticələr mərhumun ailəsinə təqdim olunacaq


