Gürcüstan Türkiyədən NATO standartlarına uyğun VURAN zirehli transpartyorları alıb.
Məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Vaziani hərbi bazasında zirehli texnikaların təhvil mərasimi keçirilib.
- Qeyd olunub ki, Gürcüstan Müdafiə Qüvvələrinin sözügedən zirehli texnika ilə təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin güclənməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.


