10.1 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Bazar ertəsi, Aprel 20, 2026
HomeAna Səhifəİyulun 1-dən müəllimlərin maaşı orta hesabla 500 lari artırılacaq

İyulun 1-dən müəllimlərin maaşı orta hesabla 500 lari artırılacaq

İyulun 1-dən ictimai məktəblərin bütün statuslu müəllimlərinin maaşı orta hesabla 500 lari artırılacaq – bu haqda Gürcüstanın təhsil naziri Qiorqi Amilaxvari parlamentdə bəyan edib.

Nazir parlamentdə çıxışı zamanı eləcə də ümumi təhsilin milli hədəflərinin yeni sənədi haqda danışıb.

“Geniş miqyaslı müzakirələr və məktəb ictimaiyyətinin üzvlərinin fəal iştirakı ilə 2004-cü ildən sonra ilk dəfə, əsas diqqətin şagirdlərdə vətənpərvərlik, milli ruh, milli kimlik, dövlətçilik düşüncəsi, ailə institutuna hörmət, ümumi və ümumbəşəri dəyərlərin formalaşması və gücləndirilməsinə yetirildiyi ümumi təhsilin milli hədəflərinin yeni sənədi təsdiq edilib.

Bununla yanaşı, Qiorqi Amilaxvari, ümumi təhsil müəssisələrinin muxtariyyətinin gücləndirilməsinə başlanıldığını, bunun da məktəblərə daha çox akademik azadlıq verilməsi mənasına gəldiyini bildirib.

Təhsil nazirinin verdiyi məlumata əsasən, 20 ictimai məktəbdə peşə proqramlarının həyata keçirilməsinə başlanılır və buraxılış siniflərinin şagirdləri məktəbdəcə istədikləri peşəyə yiyələnmək imkanı əldə edəcəklər.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments