Gürcüstan prezidenti Salome Zurabişvili 7 məhkumu əfv edib. Prezident Administrasiyasının yaydığı məlumata görə, əfv olunanlardan biri də qadındır.
“Beş məhkumun cəzaçəkmə müəssisəsində cəzasını davam etdirməkdən tam azad edilib, iki məhkumun isə cəzaçəkmə müəssisəsində çəkilməsi üçün qalan cəza müddəti qısaldılıb”, – məlumatda deyilir.
Gürcüstan Konstitusiyasına görə, prezident ölkədə yeganə şəxsdir ki, hər hansı ağır cinayətə görə məhkum edilmiş şəxsi heç bir izahat vermədən əfv edə bilər.


