11.6 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeAna SəhifəVaxtanq Qomelauri: Səfirlərin və polisin qeyri-mütənasib güc tətbiq etməsi ilə bağlı...

Vaxtanq Qomelauri: Səfirlərin və polisin qeyri-mütənasib güc tətbiq etməsi ilə bağlı bəyanatlarına şahid olduq, bu gülməlidir

Səfirlərin və onların ölkələrinin nümayəndələrinin polisin qeyri-mütənasib güc tətbiq etməsi ilə bağlı bəyanatlarına şahid olduq, bu gülməlidir, bizə qaranın ağ olduğunu deyirlər və bu, məyusedicidir-bu haqda daxili işlər naziri Vaxtanq Qomelauri açıqlayıb.

Qomelauri bildirib ki, aksiya iştirakçıları parlament yaxınlığında tonqal qalayarkən, kameralara və qapılara ziyan vurarkən, polis toqquşma olmaması üçün əraziyə çıxmayıb.

“Səsləndirilmiş məlumatın yarısını -nə etdiklərini, danışıqları, çevrilmələri, atılıb-düşmələri canlı efirlərdə gördük, istəyirlərsə öz ofislərində atılıb-düşsünlər, parlamentin və dövlət qurumlarının binalarının başını buraxsınlar. Gənclərin parlamentin qapılarını, kameralarını sındırdığını, tonqal qaladığını gördük. Toqquşma olmaması və bu uşaqların xəsarət almaması üçün bir nəfər olsun polis çıxmadı, imkan daxilində nəzərə aldıq. Ertəsi gün səhər səfirlərin və onların ölkələrinin nümayəndələrinin polisin qeyri-mütənasib güc tətbiq etməsi ilə bağlı bəyanatlarına şahid olduq, bu gülməlidir, bizə qaranın ağ olduğunu deyirlər və bu, məyusedicidir” – Qomelauri açıqlayıb. / mənbə: 1TV.ge

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments